01:50
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
XəBəRLəR

Pasportlar niyə fərqli rəngdədir?

Pasportlar niyə fərqli rəngdədir?

Pasportların üz qabığının rəngi ilə bağlı dünyada vahid qayda mövcud deyil. Ölkələr bu seçimi tarixi, mədəni və siyasi amilləri nəzərə alaraq müəyyənləşdirirlər.

Fortunamag.az-ın məlumatına görə, bordo rəngli pasportlar əsasən Avropa ölkələrində istifadə olunur və Avropa inteqrasiyasının rəmzi kimi qəbul edilir. Mavi rəng isə daha çox Amerika qitəsi və Okeaniya dövlətlərində yayılıb, “Yeni Dünya” anlayışı ilə əlaqələndirilir.

Yaşıl pasportlar xüsusilə müsəlman ölkələrində geniş yayılıb. Bunun səbəbi İslam ənənəsində yaşıl rəngin həyat, rifah və cənnətin simvolu hesab edilməsidir.

Qara rəngli pasportlar isə daha az rast gəlinir. Məsələn, Yeni Zelandiya bu rəngi öz milli simvolları ilə əlaqələndirərək istifadə edir.

Bir çox ölkələrdə diplomatik, xidməti və müvəqqəti pasportlar adi vətəndaş pasportlarından fərqli rənglərdə hazırlanır. Bu yanaşma sənədin növünü və sahibinin statusunu daha asan müəyyən etməyə imkan verir.

Daha çox