11:34
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
XəBəRLəR

Ölümündən əvvəl bu addımı atıbmış

Ölümündən əvvəl bu addımı atıbmış

Azyaşlı qızların cinsi istismarı və insan alveri ilə bağlı ittihamlarla gündəmə gələn, 2019-cu ildə həbsxanada ölü tapılan amerikalı milyarder Ceffri Epşteynin ölümündən əvvəl spermasını dondurduğu məlum olub.

Fortunamag.az xəbər verir ki, bu barədə ABŞ-nin “The New York Times” nəşri Ədliyyə Nazirliyinin açıqladığı sənədlərə istinadən məlumat yayıb.

Məlumata görə, Epşteyn bioloji nümunələrinin ölümündən sonra məhv edilməməsi üçün xüsusi hüquqi razılaşma bağlayıb. Sənədlərdə qeyd olunur ki, o, spermasını 2012-ci ilin oktyabr ayından əvvəl ABŞ-nin iri reproduktiv tibb mərkəzlərindən biri olan “California Cryobank”a təhvil verib.

2016-cı il mayın 9-da imzalanmış müqavilədə nümunələrin saxlanılması və gələcək istifadəsi ilə bağlı şərtlər əks olunub. Həmin sənədə əsasən, Epşteynin vəfatı halında dondurulmuş sperma onun varislərinin və ya qanuni nümayəndələrinin idarəsinə veriləcəkdi.

Sənədlərdə bioloji nümunələrin dəqiq hansı tarixdə dondurulduğu barədə məlumat yer almayıb.

“California Cryobank”ın sahibi olan “CooperCompanies” şirkəti isə açıqlamasında hazırda Ceffri Epşteynə aid hər hansı bioloji materialın saxlanılmadığını bildirib.

Daha çox