15:52
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
XəBəRLəR

Məcnun Məmmədov İstanbulda beynəlxalq konfransda çıxış edib

Məcnun Məmmədov İstanbulda beynəlxalq konfransda çıxış edib

Türkiyənin İstanbul şəhərində keçirilən “Sıfır Tullantı Forumu 2026” çərçivəsində “Məhsul yığımından sonrakı itkilərin azaldılması – Qida təchizat zəncirində səmərəliliyin artırılması” mövzusunda Yüksək Səviyyəli Kənd Təsərrüfatı Nazirlər Toplantısı keçirilib.

Fortunamag.az xəbər verir ki, tədbirdə ölkəmizi kənd təsərrüfatı naziri Məcnun Məmmədov təmsil edir.

Nazir çıxışında qlobal ərzaq təhlükəsizliyi, resurslardan səmərəli istifadə və aqrar sahənin dayanıqlı inkişafının təmin olunmasına toxunub. Nazir Məcnun Məmmədov vurğulayıb ki, məhsul yığımından sonrakı itkilərin azaldılması əsas prioritetlərdən olmalıdır.

Bu baxımdan aqro-logistika mərkəzləri, saxlama infrastrukturu, nəqliyyat şəbəkələri və rəqəmsal texnologiyalara investisiyaların artırılması vacibdir. Süni intellekt, ağıllı monitorinq sistemləri, dəqiq kənd təsərrüfatı texnologiyaları və məlumat analitikası məhsulların real vaxt rejimində izlənilməsinə, təchizat zəncirinin səmərəliliyinin yüksəldilməsinə və itkilərin azaldılmasına imkan yaradır.

Məcnun Məmmədov əlavə edib ki, Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca ərzaq itkilərinin azaldılması istiqamətində kompleks tədbirlər həyata keçirir.  Aqrar sahəyə investisiyaların ərzaq və məhsul itkilərinin azaldılmasına, kənd təsərrüfatı dəyər zəncirinin gücləndirilməsinə, bazarlara çıxış imkanlarının yaxşılaşdırılmasına və ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verəcəyi gözlənilir.

Daha çox