15:50
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
XəBəRLəR

Paşinyanın partiyası seçkilərdə qalib gəldi

Paşinyanın partiyası seçkilərdə qalib gəldi

Ermənistanda dünən keçirilən parlament seçkilərində bülletenlərin 90 faizi hesablanıb.

Fortunamag.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Mərkəzi Seçki Komissiyası  yayıb.

Saat 08:00-a olan məlumata görə, 2005 seçki məntəqəsindən 1878-inin nəticələri artıq məlumdur və ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyası səslərin 50,25 faizini toplayaraq liderdir.

Bununla yanaşı, “Güclü Ermənistan” bloku  23,31%, “Ermənistan” bloku 9,78%, “Çiçəklənən Ermənistan” partiyası” isə 4,02% səs toplayıb.

Digər partiyalar isə hələ 4 faizlik həddi keçə bilməyib.

Seçkilərdə 16 partiya və 2 blok iştirak edib.

Daha çox