Milli Məclisin sədri Sahibə Qafarova iyunun 17-də ölkəmizdə səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatası nın üzvü Abraham Hamade ilə görüşüb.
Fortunamag.az xəbər verir ki, görüşdə ABŞ-Azərbaycan münasibətlərinə dair fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, iki ölkə arasında əlaqələr son dövrlərdə yüksək səviyyədə inkişaf edir. Bu münasibətlər qarşılıqlı hörmət, ortaq maraqlar, sülh, təhlükəsizlik və tərəqqiyə xidmət edən əsaslar üzərində qurulub.