Astronomlar Yerə yaxın orbitdə hərəkət edən kiçik bir “kvazi-ay” aşkar ediblər. Fortunamag.az "Times of İndia"a istinadən xəbər verir ki,2025 PN7 adlandırılan bu obyektin təxminən 60 ildir ki, kosmik qonşuluğumuzda olduğu güman edilir. Cəmi 19 metr (təqribən 62 fut) ölçüyə malik bu kiçik göy cismi Yer ətrafında deyil, Günəş ətrafında Yerinki ilə sinxron şəkildə hərəkət etdiyi üçün Yerə yaxın asteroid kimi təsnif edilir. O, ilk dəfə 29 avqust 2025-ci ildə Havaydakı Pan-STARRS observatoriyası tərəfindən qeydə alınıb, lakin arxiv müşahidələri onun ən azı 2014-cü ildən bəri mövcud olduğunu göstərir. Çox zəif parlaq olduğundan yalnız güclü teleskoplarla görünə bilən 2025 PN7, məlum kvazi-aylar sinfinə əlavə olunaraq astronomlara Yerə yaxın obyektlər, orbital dinamikalar və gələcək kosmik missiyalar üçün dəyərli biliklər qazandırır.
Fortunamag.az