12:49
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
XəBəRLəR

Hamburqda Avropadakı azərbaycanlı mühəndislərin III Forumu işə başlayıb

Hamburqda Avropadakı azərbaycanlı mühəndislərin III Forumu işə başlayıb

Almaniyanın Hamburq şəhəri Avropada fəaliyyət göstərən azərbaycanlı mühəndislərin növbəti görüşünə ev sahibliyi edir. Burada keçirilən III Forum “Ağıllı şəhər texnologiyaları və prosesləri” mövzusuna həsr olunub.

Tədbir Azərbaycanda elan edilmiş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Almaniya Azərbaycanlıları Alyansı və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə reallaşdırılır.

Forumun açılış mərasimində çıxış edən Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü və Ştutqartdakı Azərbaycan Evinin rəhbəri Günay Mirzəyeva iştirakçıları salamlayaraq tədbiri açıq elan edib. Mərasimdə Azərbaycan və Almaniyanın dövlət himnləri səsləndirilib, Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra Almaniya Azərbaycanlıları Alyansının sədri Altay Rüstəmli çıxış edərək forumun əhəmiyyətindən bəhs edib. Alyansın İdarə Heyətinin üzvü, Rur Universitetinin professoru Elxan Sadıq-Zadə isə Avropada yaşayan azərbaycanlı mühəndislərin II Forumunun nəticələri, əldə olunan nailiyyətlər və gələcək perspektivlər barədə təqdimatla çıxış edib.

Forum çərçivəsində ağıllı şəhər həlləri, müasir texnologiyaların tətbiqi və mühəndislik sahəsində beynəlxalq əməkdaşlıq imkanlarının müzakirə olunacağı gözlənilir.

Hamburqda Avropadakı azərbaycanlı mühəndislərin III Forumu işə başlayıb — 1 Hamburqda Avropadakı azərbaycanlı mühəndislərin III Forumu işə başlayıb — 2 Hamburqda Avropadakı azərbaycanlı mühəndislərin III Forumu işə başlayıb — 3

Daha çox