00:10
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
MəDəNIYYəT

Azərbaycan mədəniyyətinin inkişafına dair altı dövlət proqramı hazırlanacaq

Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı 6 dövlət proqramı layihəsi hazırlanacaq. Fortunamag.az “Oxu.az”a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Mədəniyyə...

Azərbaycan mədəniyyətinin inkişafına dair altı dövlət proqramı hazırlanacaq
Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı 6 dövlət proqramı layihəsi hazırlanacaq.

Fortunamag.az “Oxu.az”a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasında əksini tapıb.

Bunlar aşağıdakılardır: 1. Azərbaycan dilinin və ədəbiyyatının inkişafı ilə bağlı dövlət proqramı; 2. Azərbaycanın mədəni və təbii irsinin qorunması ilə bağlı dövlət proqramı; 3. İncəsənətin inkişafı ilə bağlı dövlət proqramı; 4. Audiovizual sənayenin inkişafı ilə bağlı dövlət proqramı; 5. Davranış mədəniyyətinin və bilgi mədəniyyətinin inkişafı ilə bağlı dövlət proqramı; 6. Mədəni və yaradıcı sənayenin inkişafı ilə bağlı dövlət proqramı. Konsepsiya üç mərhələni əhatə edəcək. Birinci mərhələ 2026-2030-cu, ikinci 2031-2035-ci, üçüncü isə 2036-2040-cı illərdə müvafiq tədbirlər planları əsasında həyata keçiriləcək.

Fortunamag.az

Daha çox