13:12
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
BIZNES

1,3,5 qəpikləri dəyişəndə faiz tutulmalıdır?

1,3,5 qəpikləri dəyişəndə faiz tutulmalıdır?

Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb olunması ilə bağlı iddialar yayılıb. 

Fortunamag.az xəbər verir ki, bu barədə tanınmış jurnalist İradə İsaq bir müddət əvvəl sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, qəpiklə 75 manat miqdarında pulu dəyişmək üçün banka yaxınlaşanda ona bildirilib ki, 5 faiz əskiyinə dəyişmək mümkündür: “Bu gün soruşmuşam, nə desələr yaxşıdır, “dəyişərik, 5 faiz əskiyinə”. Deyirəm, niyə? Deyir, xırda qəpikləri manatla dəyişəndə itki olur.

Eyni Azərbaycan əsginasları deyilmi? Qəpik və ya manat arasında niyə fərq var ki? Əgər belə hörmətsiz olacaqdılarsa, bu qəpiklər niyə var? Qəpik belə hörmətsizdirsə, niyə hələ də dövriyyədən çıxarılmır?”

Məsələni dəqiqləşdirmək üçün Azərbaycan Mərkəzi Bankına iki həftə əvvəl göndərdiyimiz sorğuya bu gün verilmiş cavabı təqdim edirik: “Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 18 may 2020-ci il tarixli 23/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”nın 4.6-cı bəndinə əsasən Mərkəzi Bankda milli pul nişanlarının dəyişdirilməsi ödənişsiz əsasda aparılır və nominal dəyəri ödənilən pul nişanları məhdudiyyətsiz dəyişdirilir. Banklar (operator banklar istisna olmaqla) pul nişanının dəyişdirilməsi zamanı öz tarif siyasətinə uyğun olaraq bu əməliyyatları ödənişli və ya ödənişsiz əsasda həyata keçirə bilər. (Qafqazinfo)

Daha çox